3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunlarına yekun vurulub.
 
Matc.az xəbər verir ki, C qrupunun sonuncu oyununda "Yuanda" klubuna 9:21 hesabı ilə məğlub olan qadın millimiz qrupdaca mübarizəni dayandırıb.
 
D qrupunun sonuncu oyununda Macarıstan seçməsinə 17:15 hesabı ilə qalib gələn "Neftçi" komandası isə 1/4 finala vəsiqə qazanıb.
 
1/4 finalda "Neftçi"nin rəqibi çin millisi olacaq. Mayın 21-də baş tutacaq oyun saat 14:30-da start götürəcək.
 
1/4 finalın digər oyunlarında bu komandalar üz-üzə gələcəklər: Ukrayna - Polşa, Avstriya - Macarıstan, "Yuanda" – Misir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest