"Bizi çətin oyun gözləyir. Xorvatiya hamıya məlum olan komandadır. Onların təqdimata ehtiyacları yoxdur və dünya çempionatında ikinci olublar. Əlimizdən gələni edərək, yaxşı oyun göstərmək istəyirik". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya ilə keçirəcəkləri oyun barədə danışarkən deyib. 28 yaşlı qolkiper komandaya 3 qapıçının cəlb edildiyini və hər birinin əsas heyətdə oynamağa layiq olduğunu vurğulayıb: "Əsas heyətdə kimin oynayacağı ilə bağlı qərarı qapıçılarla işləyən məşqçi və baş məşqçi verəcək. Kimi şans verilsə, qərara hörmətlə yanaşılmalıdı".

Azərbaycan yığmasının son oyunda Kosovoya 0:4 hesabı ilə məğlub olduğu görüşdə bütün qolları S.Ağayev buraxıb. Təcrübəli qolkiper buna görə psixoloji gərginlik altında olmadıqlarını söyləyib: "Heç bir təzyiq yoxdu. Futbolda belə hallar olur. Biz peşəkar futbolçularıq, bunları unutmalıyıq. İnanıram ki, bu matçda komanda oyunu sərgiləməyi bacaracağıq".

Qeyd edək ki, Xorvatiya-Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Sportnet.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest