Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasında Astara mərhələsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, bu gün əvvəlcə 1/4 final oyunları baş tutub.
 
İlk 1/4 final oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz "Neftçi" isə 1/4 final oyununda güclü çin millisinə 6:21 hesabı ilə məğlub olub. Digər 1/4 final oyunlarında Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə çinin "Yuanda" klubuna 21:13 hesabı ilə qalib gəlib.
 
Yarımfinal oyunlarında çin millisi Ukraynanı 19:17, Misir yığması Avstriyanı 21:14 hesabıyla üstələyib. Finalda Misirə 21:15 hesabıyla qalib gələn çin yığması Astaradakı turnirin qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest