"Qarabağ" - "Arsenal" matçının bilet satışları davam edir

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Arsenal" matçının bilet satışları davam edir. Matç.az saytının Ağdam klubunun feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmada anşlaq olacağı gözlənilir.

 

çünki görüşün keçirilməsinə hələ 2 gün qalsa da, artıq 48 min bilet satılıb. Azarkeş marağını nəzərə alsaq, matç günü Bakı Olimpiya Stadionu tribunalarının dolacağını proqnozlaşdırmaq olar.

 

Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək "Qarabağ" – "Arsenal" oyunu 20:55-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest