"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının üçünçü oyunu baş tutub.
 
Matc.az xəbər verir ki, xalaxal prinsipi ilə davam edən oyunun yekununda "Sabah" komandası 93:90 hesabı ilə qalib gəlib.
 
Bu qələbə ilə "Sabah" seriyadakı hesabda (2:1) önə keçib.
 
Ən məhsuldar basketbolçular "Sabah"dan Kalin Kreyn (19 xal, 5 ribaund), "Gəncə"də Cordan Endryus (24 xal, 5 ribaund) olublar.
 
Final seriyasının dördüncü oyunu 26 may saat 19:30-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest