Mövsümün sonunda "Yuventus"dan ayrılacaq iki futbolçu dəqiqləşib. Matc.az xəbər verir ki, bunlar argentinalı yarımmüdafiəçilər Leandro Paredes və Anxel Di Mariyadı.
 
Mövsümün sonunda Paredes müqavilə ilə məxsus olduğu PSJ-yə qayıdacaq. O, hazırda "qoca sinyora"da icarə əsasında çıxış edir. Turinlilər Paredesi saxlamaqda maraqlı deyil.
 
Di Mariya isə azad agent kimi "Yuve"dən ayrılacaq. Argentinalı hazırda başqa variantları nəzərdən keçirir.
 
Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A seriyasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest