21 Mart 2019, 19:30
FUTBOL
"Neftçi"nin U-12 komandası Türkiyənin İzmir şəhərində keçiriləcək "İzmir Cup" beynəlxalq turnirində iştirak edəcək. Matc.az klubun saytına istinadən xəbər verir ki, 72 komandanın qatılacağı turnirdə "Neftçi" A qrupunda mübarizə aparacaq.
Artıq təmsilçimizin rəqibləri də bəlli olub. "Ağ-qaralar" "Anderlext" (Belçika), "AZ Alkmaar" (Hollandiya), "Bursaspor" (Türkiyə), "Seltik" (Şotlandiya), "Konyaspor" (Türkiyə), "Lill" (Fransa), "Siqma Olomous" (çexiya) və "Şlask Vroslav" (Polşa) klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir aprelin 5-dən 7-dək davam edəcək.