21 Mart 2019, 20:10
FUTBOL
"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının heyətində növbəti oyununu keçirib. Matc.az saytının məlumatına görə, 22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində Seneqal yığması ilə baş tutan ev matçında iştirak edib.
Kanenin 90 dəqiqə meydanda olduğu görüş qvineyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 24-də keçiriləcək.