Avropa çempionatının 60 illik yubileyi münasibətilə turnirin tarixində ilk dəfə olaraq Avro-2020-nin final mərhələsi qitənin 12 müxtəlif ölkəsini təmsil edən 12 şəhərdə təşkil olunacaq.
Bakı Olimpiya Stadionu Avro-2020-nin qrup mərhələsində 3, 1/4 final mərhələsində isə 1 oyununa ev sahibliyi edəcək.
UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının ulduz səfirlərinin siyahısını ictimaiyyətə açıqlayıb. Matc.az saytının məlumatına görə, səfirlər gələn ilin yayında təşkil olunacaq Aç-nin təbliğat kampaniyasında iştirak edəcək.
Müxtəlif ölkələri təmsil edən səfirlərin siyahısını diqqətinizə çatdırırıq.
Andrey Arşavin (Rusiya), Angelos Xaristeas (Yunanıstan), Deko (Portuqaliya), Alessandro Del Pyero (İtaliya), Marsel Dessayi (Fransa), Yuri Corkayef (Fransa), Ruud Qullit (Hollandiya), Tyerri Anri (Fransa), Kristian Karambö (Fransa), Yurgen Klinsmann (Almaniya), Patrik Klyuvert (Hollandiya), Henrik Larsson (İsveç), Brayan Laudrup (Danimarka), Luiş Fiqu (Portuqaliya), Manişe (Portuqaliya), Lotar Matteus (Almaniya), Stiv Makmanaman (İngiltərə), Qaijka Mendiyeta (İspaniya), Antonios Nikopolidis (Yunanıstan), Nuno Qomeş (Portuqaliya), Maykl Ouen (İngiltərə), Rober Pires (Fransa), Karel Poborski (çexiya), Karles Puyol (İspaniya), Rikardo Karvalyo (Portuqaliya), Peter Şmeyhel (Danimarka), Klarens Zeedorf (Hollandiya), Alan Şirer (İngiltərə), Vladimir Şmiçer (çexiya), David Trezeqe (Fransa), Vitor Baya (Portuqaliya), Xabi Alonso (İspaniya), Xavi Ernandes (İspaniya), Canluka Zambrotta (İtaliya).

Mənbə: affa.az