 
 
	"Whoscored" statistik portalı Almaniya Bundesliqasında 2022-23 mövsümünün ən yaxşı futbolçularından ibarət simvolik "11-lik" tərtib edib. Matc.az xəbər verir ki, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqem orta hesabla 7,6 xalla ilin oyunçusu seçilib.
	Bundesliqada mövsümün simvolik komandası belədi:
	Qapıçı: Frederik Rennov ("Union", 7.0);
	Müdafiəçilər: Jeremi Frimponq ("Bayer", 7.1), Benjamin Pavard ("Bavariya", 7.2), Niko Şlotterbek ("Borussiya", Dortmund, 7.1), Rafael Gerrero ("Borussiya", Dortmund, 7.3);
	Yarımmüdafiəçilər: Dominik Soboslay ("Leypsiq", 7.3), Cud Bellinqem ("Borussiya", Dortmund, 7.6), Joşua Kimmix ("Bavariya", 7.5), Camal Musiala ("Bavariya", 7.3);
	Hücumçular: Niklas Füllkruq ("Verder", 7.4), Randal Kolo Muani ("Ayntraxt", 7.3).
				
         	
                                             
               
 
             
 






_1761922707.jpg)


_1761919595.jpg)



_1761913751.jpg)

