29 May 2023, 22:46
DÖYÜŞ NÖVLƏRİ
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında ilk günə yekun vurulub. Matc.az xəbər verir ki, mundialın ilk günündə 2 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Kişi taekvondoçular arasında 68 kq çəkidə dünya çempionu tituluna böyük britaniyalı Bredli Sinden yiyələnib. O, finalda cənubi koreyalı Ho-jun Jini məğlub edib. Matin Rezayi (İran) və Ulubek Raşitov (özbəkistan) bürünc medala sahib olublar.
Bu çəkidə dayanq üzərinə çıxan Cavad Ağayev 1/16 finalda mübarizəni dayandırıb.
Qadınlar arasında 57 kq-da Luana Marton (Macarıstan) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. çia-Linq Lo (Tayvan) gümüş medal əldə etdiyi halda, Kubra İlgin (Türkiyə) və Mariya Paçeço (Braziliya) 3-cü olublar.
Qeyd edək ki, dünya çempionatının ikinci günü kişi idmançılar 58 kq-da, qadınlar 67 kq və 73 kq-da medalçıları müəyyənləşdirəcəklər. Püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib. 58 kq çəkidə dayan üzərinə çıxacaq Qaşım Maqomedov ilk mərhələdən azaddır. O, 1/32 finalda Kay çenq (çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandamızın lideri Fəridə Əzizova (67 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) cütünün güclüsünü sınağa çəkəcək.
Sabah bu 2 çəki dərəcəsi üzrə, həmçinin qadınlarda 73 kq-da keçiriləcək döyüşlər saat 09:00-da başlayacaq.