30 May 2023, 12:43
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.
Matc.az xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay çenqə (çin) uduzub.
Qadınların yarışında isə 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.
Xatırladaq ki, ilk gündə Cavad Ağayev (68 kq) də medal qazana bilməmişdi. Amma o, Qaşımla Fəridədən fərqli olaraq, ilk döyüşündə qalib gəldikdən sonra ikinci sınağında məğlub olmuşdu.
Bakıdakı mundiala iyunun 4-də yekun vurulacaq.