Cari mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəfəqqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.

Bu gün AFFA-nın inzibati binasında 2023/2024-cü illər lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
 
Matc.az xəbər verir ki, təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.
 
Cari mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəfəqqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.
 
Tədbirin sonunda isə növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest