"Gözlədiyimizdən də çətin oldu. Amma asan keçəcəyini də gözləmirdik. Ən önəmlisi odu ki, 3 xalı qazana bildik və seçmə mərhələyə qələbə ilə başladıq. Məncə, biz daha yaxşı idik. Rəqib isə əks-hücumlar zamanı təhlükə yarada bilirdi".

"Bu gün müdafiəyə qayıtmaqda problem yaşadıq. Bu da Azərbaycana iki gözəl şans verdi". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının kapitanı Luka Modriç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisini qəbul edən xorvatlar əzmkar qələbə qazanıblar - 2:1.

Qarşılaşmadan sonra yerli mətbuata fikirlərini bölüşən yarımmüdafiəçi yığmamızın ünvanına da xoş sözlər işlədib: "Gözlədiyimizdən də çətin oldu. Amma asan keçəcəyini də gözləmirdik. Ən önəmlisi odu ki, 3 xalı qazana bildik və seçmə mərhələyə qələbə ilə başladıq. Məncə, biz daha yaxşı idik. Rəqib isə əks-hücumlar zamanı təhlükə yarada bilirdi. ümumiyyətlə, Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi. İstənilən halda, yekundan məmnun qalmalıyıq. Əlimizə düşən qol imkanları var idi. Seçmə mərhələlərdə belə rəqiblərin müqavimətini qırmaq çətin olur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest