Qarşılaşmanın ingiltərəli baş hakimi Entoni Teylor 13 sarı vərəqə göstərib. Bunlardan 6-sı ispanların, 7-si italyanların payına düşüb.

"Sevilya" Avropa Liqasının finalında "Roma"nı məğlub edərək (1:1, penaltilərlə - 4:1) kuboku başı üzərinə qaldırıb. Matc.az xəbər verir ki, bununla İspaniya klubları ardıcıl 18-ci dəfə avrokubokların finalında digər ölkələrin təmsilçilərinə qalib gəlib.
 
2001-ci ildə çempionlar Liqasının finalında "Bavariya" "Valensiya"nı, "Liverpul" isə UEFA Kubokunda "Alaves"i məğlub etdikdən sonra İspaniya klubları uduzmayıblar. İspanların avrokubokların finalında məğlubiyyətsizlik seriyası çempionlar Liqasının 2001-02 mövsümünün finalında "Real"ın "Bayer" üzərində qələbəsi ilə başlayıb.
 
Qarşılaşmanın ingiltərəli baş hakimi Entoni Teylor 13 sarı vərəqə göstərib. Bunlardan 6-sı ispanların, 7-si italyanların payına düşüb. Dünənki final sarı vərəqələrin sayı baxımından rekordu qırıb. Eyni zamanda "Roma"ya qədər Avropa Liqasının finalında heç bir komanda 7 sarı vərəqə almamışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest