"Bazel"in forvardı Əlcəzair millisinin üzvü Aymen Mahyosu sıralamada qabaqlayıb. Amduninin aktivində bu il 9 qol var.

2023-cü ilin ilk beş ayında beynəlxalq arenada ən çox qol vuran futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya isveçrəli Zeki Amduni başçılıq edir.
 
"Bazel"in forvardı Əlcəzair millisinin üzvü Aymen Mahyosu sıralamada qabaqlayıb. Amduninin aktivində bu il 9 qol var. Mahyos və namibiyalı Peter Şalulile hərəyə 8 dəfə fərqlənib. Sadəcə, millidəki qol sayı çox olduğundan, Mahyos ikinci yerdə qərarlaşır.
 
1 Zeki Amduni (İsveçrə / "Bazel") - 9
2. Aymen Mahyos (Əlcəzair / USM) - 8
3. Peter Şalulile (Namibiya / "Mamelodi Sandaunz) - 8
4-5. Erlinq Holann (Norveç / "Mançester Siti") - 7
4-5. Fiston Kalala Mayele (Konqo DR / "Yanq Afrikans") - 7
6. Romelu Lukaku (Belçika / "İnter") – 6
7. Duşan Vlahoviç (Serbiya / "Yuventus") - 6
8. Salem al-Davsari (Səudiyyə Ərəbistanı / "Əl-Hilal") – 6
9-14. Pedro (Braziliya / "Flamenqo") – 6
9-14. Denis Buanqa (Qabon / "Los Anceles") - 6
9-14. Ranqa Kivaviro (Cənubi Afrika / "Marumo Qallants") - 6
9-14. Vinisyus Junior (Braziliya / "Real") - 6
9-14. Artur Kabral (Braziliya / "Fiorentina") - 6
9-14. Dorlan Pabon (Kolumbiya / "Atletiko Nasional") - 6
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest