Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib.
Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Zirə" I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Torpedo" (Kutaisi) kollektivini qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma Rəşad Sadıqovun komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandaların cavab görüşü iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya adına stadionda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi
8 iyul
"Zirə" – "Torpedo" - 3:0
Qollar: Ruan Renato, 32, 63 (pen), Davit Volkov, 47
Baş hakim: Yani Hüytiya
Baş hakimin köməkçiləri: Veli-Matti Leppenen, Yusso Mantere
Dördüncü hakim: Peyman Simani
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu (Sumqayıt)
"Zirə": 13 Aydın Bayramov, 2 Amin Seydiyev, 4 Ruan Renato, 5 Mutsinzi Anje, 7 Eren Aydın, 9 Davit Volkov, 10 George Papunaşvili, 11 Martins Junior, 17 Vieyra, 32 Qismət Aliyev (k), 93 Brahim Konate.
Ehtiyat oyunçular: 72 Hüseynəli, 99 Səlim Həşimov, 6 Hacıağa Hacılı, 8 İsmayıl İbrahimli, 14 Elçin Əlicanov, 22 Ayxan Hüseynov, 20 İssa Cibrilla, 29 Krisdiqbeu, 48 Ramiz Muradov, 57 Yusif Hacıyev, 70 Namik Ələskərov, 77 Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov
"Torpedo": 1 Qoşadze, 15 Kuprava, 4 Şimiç, 16 Mane, 6 Şerif, 14 Felipe Pires, 7 Mamuçaşvili (k), 22 Bukia, 39 Pinson, 9 Andriç, 11 Arabidze.
Ehtiyat oyunçular: 31 Klyayiç, 38 Kopaliani, 3 Rikardo Araujo, 5 Nadaraia, 20 Skorup, 24 Latsabidze, 29 Çitaişvili, 30 Antia, 33 Stamatov, 35 Deisadze, 36 Pridonişvili.
Baş məşqçi: Dirk Şuster













