Uruqvay millisinin sabiq hücumçusu Diyeqo Forlan müvəqqəti olaraq 2027-ci ilin martına qədər milli komandanın baş məşqçisi olacaq.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
O, dünya çempionatındakı uğursuzluqdan sonra yığmadan ayrılan Marselo Byelsanı bu postda əvəzləyib.
Bildirilir ki, Uruqvay Futbol Assosiasiyasının (AUF) prezidenti İqnasio Alonso əfsanəvi futbolçunun təyinatını təsdiqləyib: "AUF İcraiyyə Komitəsi seçimi Diyeqonun üzərində saxladı. Biz hələ 2022-ci ildə onu bu layihəyə cəlb etmək üçün görüşmüşdük. O, çox həvəslidir".
Forlan payız matçlarında əsas komandaya rəhbərlik etməklə yanaşı, həm də U-20 gənclər yığmasının sükanı arxasında keçəcək və 2027-ci ilin yanvarında keçiriləcək Amerika Kubokunda iştirak edəcək.
Qeyd edək ki, Uruqvay seçməsi dünya çempionatında qrupda 3-cü yeri tutaraq 1/16 finala yüksələ bilməyib.
Forlan 2002-2014-cü illərdə millidə 112 oyuna 36 qol vurub, 2010-cu il dünya çempionatının ən yaxşı oyunçusu seçilib. O, məşqçi kimi "Penyarol" və "Atenas"ı çalışdırıb, bu yaxınlarda isə peşəkar tennisdə debüt edib.












