"İnter"inin sabiq qapıçısı Yan Zommer karyerasını Belçikanın "Brügge" klubunda davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 37 yaşlı qolkiper "bir nömrə" olacağı Belçika təmsilçisi ilə qısamüddətli müqavilə imzalamaq barədə razılıq əldə edib.

Təcrübəli qapıçının "Brügge"nin xeyrinə İspaniyadan gələn sərfəli təklifi rədd etdiyi vurğulanır.

Qeyd edək ki, 2023-cü ilin yayından "İnter"də çıxış edən Zommer Milan klubu ilə iki dəfə İtaliya çempionu olub, həmçinin 2025-ci ildə Çempionlar Liqasının finalına yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest