"Sabah" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında Uelsin TNS komandası ilə keçiriləcək oyun üçün Böyük Britaniyanın Osvestri şəhərinə çatıb.
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, komanda artıq matçın keçiriləcəyi şəhərdə məskunlaşıb.
Bakıda baş tutan ilk oyunda rəqibini Velko Simiç və Kahim Parrisinin qolları ilə 2:0 hesabı ilə məğlub edən təmsilçimiz çətin səfər öncəsi mühüm üstünlüyü var.
Komandalar arasındakı həlledici cavab qarşılaşması iyulun 14-də Osvestri şəhərində yerləşən "Park Hall" stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə bu cütün qalibi olacaq komanda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək.












