12 İyul 2026, 18:16
FUTBOL
"Udineze"nin mərkəz yarımmüdafiəçisi Artur Atta "Fiorentina"nın oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 5 illik - 2031-ci ilin yayına qədər nəzərdə tutulub. 23 yaşlı fransalı futbolçunun transfer məbləği açıqlanmasa da, mətbuatın yazdığına görə, söhbət 25 milyon avro və bonuslardan gedir.
Qeyd edək ki, Atta 2024-cü ilin yayından "Udineze"də çıxış edirdi və İtaliya klubu onun üçün "Mets"ə 8 milyon avro ödəmişdi. Ötən mövsüm o, bütün turnirlərdə 34 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi Fransanın U-20 gənclər millisində 6 oyun keçirib.












