Konfrans Liqasının daha bir iştirakçısı müəyyənləşib. Matc.az xəbər verir ki, Rumıniya klubu çFR 2023-24 mövsümündə qitənin üçüncü dərəcəli turnirində iştirak hüququ qazanıb.
 
Adıçəkilən komanda Konfrans Liqasına vəsiqə uğrunda pley-off görüşündə "Universitatya Krayova 1948"i məğlub edərək, turnirdə iştirak imkanı əldə edib. Növbəti mövsüm II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq çFR səpələnmişlərdə yer alacaq. Bu isə o deməkdi ki, rumıniyalılar bu raundda Azərbaycan klubları "Sabah" və "Qəbələ"nin potensial rəqiblərindən biri olub.
 
Qeyd edək ki, iyunun 21-də II təsnifat mərhələsinin püşkü atılacaq. Komandalarımız ilk oyunlarını iyulun 27-də, cavab görüşünü avqustun 3-də keçirəcəklər.
 
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
 
Səpələnmişlər: "Brügge" (Belçika), "Bazel" (İsveçrə), "Gent" (Belçika), "Fənərbağça" (Türkiyə), çFR (Rumıniya), PAOK (Yunanıstan), "Makkabi (Təl-Əviv, İsrail), "Viktoriya" (çexiya), "Budo-Qlimt" (Norveç), "Lex" (Polşa), "Hapoel" (Beer-Şeva, İsrail), "Yurqarden" (İsveç), APOEL (Nikosiya, Kipr), "Beşiktaş" (Türkiyə), "Riyeka" (Xorvatiya), "Gimaraeş" (Portuqaliya), "Styaua" (Rumıniya), "Legiya" (Polşa), "Rusenborq" (Norveç), "Spartak" (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), "Omoniya" (Kipr), "KuPS" (Finlandiya), "Neftçi" (Azərbaycan), "Osiyek" (Xorvatiya), "Aris" (Saloniki, Yunanıstan)
 
Səpələnməmişlər: "Voyvodina" (Serbiya), "Lütsern" (İsveçrə), "Bohemians" (çexiya), "Beytar" (İsrail), "Hammarbü" (İsveç), "Kalmar" (İsveç), "Kauno" (Litva), "Poqon" (Polşa), "Zalaeqerseq" (Macarıstan), "Keçkemet" (Macarıstan), "Debretsen" (Macarıstan), "Sepsi" (Rumıniya), "Qəbələ" (Azərbaycan), "Boraç" (Bosniya və Herseqovina), "Sabah" (Azərbaycan), "Ordabasi" (Qazaxıstan), "Aktobe" (Qazaxıstan), "çelye" (Sloveniya), "Auda" (Latviya), "Differdanj" (Lüksemburq), "Torpedo BelAZ" (Belarus)
 
Qeyri-müəyyən: "Petrokub" (Moldova).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest