22 Mart 2019, 13:17
FUTBOL
"Ayaks"ın müdafiəçisi Mateys de Liqt seçimini edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu "Ayaks"ı yalnız "Barselona"ya görə tərk edəcək.
Meneceri Mino Rayola yayda onun Avropa nəhənglərindən birinə keçməsini planlaşdırırdı. Lakin 19 yaşlı futbolçu agenti ilə görüşərək, yalnız "Barselona" ilə danışıq aparmasını tapşırıb. İspanlarla danışıq uğurla nəticələnməsə, de Liqt daha bir il "Ayaks"da qalmağı üstün tutacaq.
Bundan sonra Rayola kataloniyalılarla danışığı intensivləşdirib. "Barsa" isə bu keçid müqabilində "Ayaks"a 60 milyon avro təklif edib. Tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir.
Qeyd edək ki, Mateys de Liqtin "Ayaks"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.