Azərbaycan Kuboku tarixində indiyə qədər 28 final baş tutub. Matc.az xəbər verir ki, həmin qarşılaşmalarda 7 fərqli hesab qeydə alınıb.
Əlavə vaxtın da keçirildiyi qarşılaşmalardakı 120 dəqiqəlik mübarizəni də nəzərə alsaq, ən çox 1:0 hesabı olub. 9 final matçında cəmi 1 top vurulub. Eyni zamanda finallarda 2:1 (7 dəfə), 2:0 (5), 1:1 (3), 0:0 (2), 3:1 (1) və 3:0 (1) hesablarına da rast gəlinib.
 
ümumilikdə 12 görüşdə əlavə vaxt oynanılıb. Bunun 7-də artırılmış 30 dəqiqədə qalibi müəyyənləşdirmək mümkün olub. 5 halda isə penaltilər seriyasına müraciət olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest