"Real"ın müdafiəçisi Rafael Varan komandadan ayrılmaq qərarında qətidi. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, baş məşqçi postuna Zinəddin Zidanın qaytarılması da ulduz futbolçunun fikrini dəyişməyib.

Fransa millisinin üzvü Madriddəki atmosferdən yorulub və artıq yeni macəra axtarışındadı. Varan getmək barədə qərarını artıq komanda yoldaşlarına da bildirib. Zidan həmyerlisini fikrindən daşındırmağa çalışır. Lakin futbolçu qərarında qəti olduğundan, çalışdırıcı ona təzyiq etməyəcək.

Qeyd edək ki, Rafael Varanın "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest