Bakıda təlim-məşq toplanışını davam etdirən 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Matc.az xəbər verir ki, "Dalğa Arena"da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub. 

Bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest