Aç-2020-nin seçmə mərhələsində Moldova Fransa millisini qəbul edib. Matc.az saytının məlumatına görə, görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Səbail"in futbolçusu Yevgeni Koçuk da sözügedən oyunun iştirakçısı olub. Qarşılaşmaya start heyətində başlayan Koçuk ilk hissədən sonra əvəzlənib.

Qeyd edək ki, Moldova millisi növbəti qarşılaşmasını martın 25-də Türkiyəyə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest