Messi zədələnib. Matc.az saytının məlumatına görə, "Barselona"nın ulduzu Argentina millisinin düşərgəsində sıradan çıxıb.

Bu barədə yığma komandanın rəsmi "Twitter" hesabı məlumat yayıb. Bildirilib ki, 32 yaşlı hücumçu Mərakeş yığmasına qarşı yoldaşlıq oyununda iştirak etməyəcək. Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib.

Komandanın digər oyunçusu Qonsalo Martines də zədə səbəbindən növbəti görüşü buraxacaq.

Qeyd edək ki, Argentina yoldaşlıq oyununda Venesuelaya 1:3 hesabı ilə uduzub. Lionel Messi həmin görüşdə sona qədər iştirak edib. Bu, ulduz futbolçunun 2018-ci il dünya çempionatından sonra yığmada ilk matçı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest