Bu komanda final mərhələsinə layiq komanda idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiya millisini təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm.

"Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istər taktiki baxımdan çox bacarıqlı komanda idi". Matc.az saytının məlumatına görə, bu sözləri U-19 millimizin baş məşqçisi Vüqar Məmməd deyib.

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda ikinci oyununu keçirən yığmamız İrlandiyalı həmyaşıdları ilə görüşüb.

Qarşılaşma millimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçdan sonra AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis oyunu belə şərh edib: "Uduzmağımıza baxmayaraq, bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar. Sadəcə, hər biri ayrı-ayrılıqda öz üzərində çox çalışmalıdırlar. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Final mərhələsinə şansımızı itirdiyimizə görə çox məyusuq. Bu komanda final mərhələsinə layiq komanda idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiya millisini təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest