"Qəbələ" Topaz Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını davam etdirir. Matc.az saytının məlumatına görə, "qırmızı-qaralar" məşqlərini Bakıda gerçəkləşdirir.

Sənan Qurbanovun çalışdırdığı komanda hazırlıqları paytaxtdakı Biləcəri Futbol Mərkəzində reallaşdırır. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər.

Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdur.

"Qəbələ" fasilə dövründə yoxlama oyunu keçirəcək. Komanda martın 25-də "Sumqayıt"la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq matç saat 16:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest