"Neftçi" ilə oyundan sonra futbolçularımız istirahətə buraxıldı. Martın 20-dən məşqlərimizi bərpa etdik. Görünən odu ki, oyunçularımız yaxşı istirahət etmişdilər. Həmin gündən indiyə qədər olan məşq planımız oyunla tamamlanmalı idi". Matc.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə "Qəbələ" və "Sumqayıt" arasında keçirilən yoxlama görüşündən (2:1) sonra açıqlama verən gənc çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb: "Bugünkü qarşılaşmadan da razı qaldıq. çünki sürətli oyun gözləyirdik, elə də oldu. Futbolçularımız mübarizə apardılar. Sabahdan etibarən "Sabah"la oyunun hazırlığına başlayacağıq. Həkimlər söz veriblər ki, zədəli oyunçularımızdan Voislav Stankoviç komandaya qoşulacaq. Ancaq bu, hələ yekun qərar deyil. Digər oyunçularımız Elvin Camalov və Rasim Ramaldanov isə bu həftə həkim nəzarətindən sonra komandaya qoşulacaqlar. çempionatda yaranmış fasilə bizim işimizə yaradı. Bundan maksimum yararlanmağa çalışdıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest