Çox çətin qrupa düşmüşük. Hamısı bizdən bir baş güclüdür. Ötən gün Uels Slovakiyanı, Macarıstan Xorvatiyanı məğlub etdi. Xorvatiyaya 1:2 hesabı ilə uduzduğumuz görüşdən sonra sanki hamı bizdən daha artığını gözləyir. Haqları da var, amma bizi də başa düşsələr daha yaxşı olar.
"Yoldaşlıq görüşü olsa da, matça rəsmi oyun kimi hazırlaşmışdıq. Məncə, qələbəmizə son nöqtəni qoya bilməməyimiz mane oldu. Bunun üçün hər şey etdik, amma qol vura bilmədik. 90 dəqiqə ərzində rəqibdən üstün oynadıq. Lakin təəssüf ki, qələbə qazana bilmədik". Matc.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında milli komandamızın üzvü Təmkin Xəlilzadə deyib.
Evdə Litva yığması ilə yoldaşlıq görüşündə qarşılaşan komandamız qolsuz heç-heçəyə razılaşıb.
Matçdan sonra jurnalistlərə açıqlama verən 26 yaşlı müdafiəçi bildirib ki, aqressiv təsir bağışlamaları qələbə istəkləri ilə bağlı olub: "Doğrudan da qələbə üçün alışıb-yanırdıq. Yəqin ki, buna görə aqressiv idik. Sözü bir yerə qoymuşduq, bu oyunu udmalı idik".
Cinah oyunçusu AVRO-2020-nin seçmə mərhələsində II turun oyunlarında E qrupunda qeydə alınan nəticələrə belə reaksiya verib: "çox çətin qrupa düşmüşük. Hamısı bizdən bir baş güclüdür. ötən gün Uels Slovakiyanı, Macarıstan Xorvatiyanı məğlub etdi. Xorvatiyaya 1:2 hesabı ilə uduzduğumuz görüşdən sonra sanki hamı bizdən daha artığını gözləyir. Haqları da var, amma bizi də başa düşsələr daha yaxşı olar. Bu, bəlkə də son illərdə milli adına ən yaxşı oyunumuz idi. Macarıstan və Slovakiya ilə qarşılaşmalarda maksimum gücümüz nəyə çatırsa, onu etməyə çalışacağıq. İnanıram ki, sonda sevinərik".
Xəlilzadənin fikrincə, Macarıstana uduzan Xorvatiyanın Azərbaycanı çətinliklə yenməsi bu komandanın yaxşı formada olmaması ilə bağlı deyil: "Bizimlə oyunda doğrudan da çox əziyyət çəkdilər. Onlar qələbəyə çox da asanlıqla nail olmadılar. Macarıstan isə aqressiv idi, bəlkə də Xorvatiyanın yorğunluğundan yararlandı. ötən gün qeydə alınmış nəticələr hamı arasında ciddi rəqabət gedəcək. Ola bilsin, bizə kiçik futbol ölkəsi kimi baxırlar. Amma Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda sübut edəcəyik ki, oyunlara əl-qolumuzu sallayıb çıxmırıq. Hamını büdrətməyə çalışacağıq".
Xəlilzadə reallıqda Azərbaycanın qrupdakı digər rəqiblərdən zəif olduğunu etiraf etsə də, hər bir komandanın meydana mübarizə aparmaq üçün çıxdığını vurğulayıb: "San-Marino Şotlandiyaya cəmi 0:2 hesabı ilə uduzursa, biz niyə rəqiblərdən xal almayaq? İyunadək vaxtımız var. Hazırlaşacağıq. İnanıram ki, yaxşı olacaq".