Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Türkiyə yığması Moldova ilə qarşılaşıb. Matc.az saytının məlumatına görə, görüş qardaş ölkə millisinin 4:0 hesablı darmadağını ilə yekunlaşıb.

"Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk sözügedən oyun üçün millinin düşərgəsində olsa da, meydana daxil ola bilməyib. O, bütün qarşılaşmanı ehtiyat oyunçular skamyasında izləyib.

Qeyd edək ki, Koçuk daha əvvəl keçirilən Fransa ilə qarşılaşmanın ilk hissəsində meydanda olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest