"Matçın rumıniyalı hakimi tez-tez oyunu dayandırırdı. Hakim görüşün ipini əlindən buraxmışdı, hər xırda müdaxiləyə fit çalırdı. Halbuki biz futbol oynamaq istəyirdik, kobud yox, sərt çıxış edirdik".
"İki komanda arasında gərgin mübarizə şəraitində keçən oyun oldu. 0:0 hesabı oyuna görə idi". Matc.az saytının məlumatına görə, bunu Litva yığmasının yarımmüdafiəçisi Modesta Vorobyov deyib.
AVRO-2020-nin seçmə mərhələsinin ilk oyununda Lüksemburqa məğlub olan Baltikyanı ölkə təmsilçisi dünən yoldaşlıq görüşündə Azərbaycan millisi ilə qolsuz bərabərə qalıb.
Yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirən 24 yaşlı futbolçu Lüksemburqa yenilgidən sonra öz səviyyələrini ortaya qoymağa çalışdıqlarını söyləyib. Ancaq o, hakimlikdən də narazı qalıb: "Matçın rumıniyalı hakimi tez-tez oyunu dayandırırdı. Hakim görüşün ipini əlindən buraxmışdı, hər xırda müdaxiləyə fit çalırdı. Halbuki biz futbol oynamaq istəyirdik, kobud yox, sərt çıxış edirdik. Bunlar arasında böyük fərq var".