26 Mart 2019, 16:25
FUTBOL
AVRO-2020-nin seçmə mərhələsində Lixtenşteynlə bugünkü oyun İtaliya yığmasının hücumçusu Fabio Kvalyarella üçün əlamətdar ola bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunun üçün "Sampdoriya"nın forvardı qol sevinci yaşamalıdı.
Baş məşqçi Roberto Mançininin veteran oyunçunu bu gün start heyətində meydana buraxması gözlənilir. Əgər bu baş versə, Kvalyarella 2010-cu ildən bəri ilk dəfə yığma həyəcanını yaşayacaq. Hücumçu rəqib qapısına yol tapa bilsə, 36 yaş 54 günlüyündə qol vurmuş olacaq və bununla "Skuadra Adzurra" tarixinin ən yaşlı qolçusuna çevriləcək.
Qeyd edək ki, İtaliya - Lixtenşteyn oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək.