"Barselona"nın ulduz futbolçusu Lionel Messi meydan olduğu qədər ordan kənarda da diqqət mərkəzindədi. Matc.az saytının məlumatına görə, argentinalı super-solaxay bu dəfə yeni telefonu ilə gündəm olub.

"Marca" xəbər yayıb ki, Leo yeni iPhone XS Max telefonu alıb. Daha sonra isə yeni mobil cihazını 24 karatlıq qızılla üzlətdirən Messi onun üzərində müxtəlif qeydlər etdirib.

Qeyd olunub ki, normal qiyməti 1300 dollar dəyərində olan telefonun dəyəri qızılla üzləndikdən sonra təxminən 3 dəfə artıb.

Cihazın arxasında isə Argenita və "Barselona"nın gerbləri, "Messi 10" və futolçunun həyat yoldaşı ilə üç uşağının adları qeyd edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest