26 Mart 2019, 23:45
FUTBOL
Mario Balotelli kəskin açıqlamalar verib. Matc.az saytının məlumatına görə, italiyalı futbolçu milliyə çağrılmamasını sərt şəkildə tənqid edib.
İnstaqram hesabından paylaşım edən Mario fikirlərini belə izah edib: "Heç düşünmürsüz ki, nə vaxtsa mənə ehtiyacınız ola bilər? Mən son 3 ildə olduğu kimi yenə də hazır idim. Amma özümə qarşı təhqirləri eşitdikcə və qiymətləndirilmədikcə emosional oluram, hətta bir gün milliyə dəvət alsam, imtina edə bilərəm. Robot deyiləm, dəfələrlə verilən suallardan qaçmışam ki, əlavə təzyiqlə və problemlə üzləşməyim, amma hər şeyi eşidirəm və bilirəm. Bezmişəm bunlardan".
Qeyd edək ki, Balotelli İtaliya millisi ilə 36 oyunda meydana çıxıb və 14 qol vurub.