27 Mart 2019, 12:05
FUTBOL
Dünən karyerasını bitirdiyini açıqlayan tanınmış döyüşcü Konor Makqreqor şok hadisə ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, təcavüzdə ittiham olunub.
Belə ki, ölkəsi İrlandiyada adı açıqlanmayan bir qadın polisə müraciət edərək, Makqreqorun ona təcacüz etdiyini vurğulayıb. Bununla bağlı artıq istintaq başladılıb. Qadın hadisənin Dublindəki otellərin birində baş verdiyini söyləyib. Kameralara baxdıqdan sonra Makqreqorun deyilən tarixdə həmin oteldə olduğu üzə çıxıb. Hazırda hadisə ilə bağlı dəlillər toplanır.
Qeyd edək ki, Konor Makqreqor bir neçə ay əvvəl də təcavüzdə ittiham edildiyi üçün saxlanılmış, daha sonra buraxılmışdı.