Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri üçün maarifləndirici xarakterli intelektual-əyləncəli tədbir keçirib. Matc.az xəbər verir ki, tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli mətbuat işçilərini təbrik edərək Azərbaycan mətbuatının keçdiyi böyük yoldan danışıb.
 
Antidopinq maarifləndirməsində mətbuatın rolundan da bəhs edən Hüseynli bildirib ki, AMADA bu istiqamətdə hər zaman mətbuatla sıx əməkdaşliq edir, vaxtaşırı jurnalistlər üçün antidopinq maarifləndirmə tədbirləri keçirilir.
 
Daha sonra jurnalistlər arasında bilik yarışı keçirilib. Böyük rəqbət şəraitində keçirilən yarışda jurnalistlər əsasən antidopinq sahəsində olmaqla, ümumilikdə idman biliklərini sınayıblar. Komandalar halında yarışan jurnalistlər biliklərini sərgiləmklə yanaşı əylənərək maraqli vaxt keçiriblər. Sonda qalib komandanin üzvləri mükafatlandırılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest