"Barselona"nın futbolçuları milli komandaların toplanışından sonra klubun düşərgəsinə qoşulublar. Matc.az saytının məlumatına görə, bu gün kataloniyalıların heyətində Messi də daxil olmaqla, 9 oyunçu məşqə çıxıb.

Millinin heyətində Venesuela ilə matçda zədələnən Leo Mərakeşlə dostluq qarşılaşmasını da buraxmışdı. Amma yığmaların toplanışı yekunlaşandan sonra argentinalı superulduz "Barselona"nın heyətində ümumi qrupda hazırlıqlara qoşulub.

Qeyd edək ki, daha əvvəl zədələnmiş Luis Suarez də hazırlıq prosesində iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest