"Bavariya" yeni mövsüm üçün ilk transferini rəsmən açıqlayıb. Matc.az saytının məlumatına görə, Münhen klubu "Atletiko"dan Lukas Hernandezi rənglərinə bağlayıb.

Fransa millisinin 23 yaşlı müdafiəçisi iyulun birindən "Bavariya"nın şərəfini qoruyacaq.

Bu keçid almanlara 80 milyon avroya başa gəlib. Oyunçu ilə isə 2024-cü ilə kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Lukas Ernandes 2014-cü ildən "Atletiko"nun formasını geyinir. O, komandanın heyətində UEFA Avropa Liqasının və UEFA Super Kubokunun qalibi olub. Müdafiəçi həmçinin Fransa millisində 2018-ci ildə keçirilmiş dünya çempionatının qızıl mükafatçısıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest