Sadio Mane təklif olacağı halda "Real"a keçə bilər. Matc.az saytının məlumatına görə, bu barədə iddia ilə "Marca" çıxış edib.

26 yaşlı yarımmüdafiəçi qərar verib ki, "Real" rəsmi təklif eləsə, Madrid klubunda oynaya bilər. Manenin qərarında əsas rol oynayan amilin "kral klubu"nda Zinəddin Zidanın baş məşqçi olmasıdır.

Bundan başqa, seneqallı oyunçu İngiltərə təmsilçisindəki karyerasının sona yaxınlaşdığını hesab edir.

Qeyd edək ki, Mane bu mövsüm meydana çıxdığı 38 matçda 20 qol vurub, 4 qolun ötürməsini verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest