"Bir neçə ildi məşqçiliklə məşğulam. Baş məşqçi kimi daha çox ölkə xaricində çalışmışam". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

54 yaşlı mütəxəssis ölkəsi İtaliya mətbuatına müsahibəsində futbolçu karyerasını vərəqləyib. Bordin həmçinin məşqçilik karyerasına da toxunub. Futbolçu illərini bütünlüklə İtaliyada keçən Bordin ölkəsində klub çalışdırmaq arzusunu da gizlətməyib.

Ancaq o, hazırda "Neftçi"dəki işindən razıdı: "Moldovada "Şerif"in çalışdırıcısı kimi 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun sahibi olmuşam. Həmçinin Avropa Liqasının qrup mərhələsində iştirak etmişik. Hazırda isə "Neftçi"yə rəhbərlik edirəm. Əlbəttə ki, öz ölkəmdə çalışmaq, bu həyəcanı yaşamaq istəyirəm. Ancaq indi Azərbaycan klubunda çox xoşbəxtəm və burdakı təcrübənin inkişaf prosesindən məmnunam".

Qeyd edək ki, cari mövsümün əvvəlində "Neftçi"nin "sükanı arxası"na gətirilən Roberto Bordinin klubla müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest