01 Avqust 2023, 16:09
DİGƏR
"Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır"
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna qatılan Hikaru Nakamura paytaxtımızda qarşılaşdığı problemlə bağlı paylaşım edib. Matc.az xəbər verir ki, ABŞ-ni təmsil edən yaponiyalı qrossmeyster oteldə suyun olmadığını bildirib: "Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır".
Ancaq idmançı otelin adını qeyd etməyib.
Xatırladaq ki, Dünya kuboku avqustun 24-nə qədər davam edəcək.