"Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu vəzifəni Hakan Sünal icra edəcək.

Bununla əlaqədar olaraq sabah saat 13:00-da "Kapital Bank Arena"nın mətbuat konfransı zalında təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, son olaraq Almaniyanın "FSV Frankfurt" klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal "Ayntraxt Frankfurt", "SG Rosenhöhe", "SpVgg Oberroad 05" kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 39 yaşlı mütəxəssis həmçinin "M5 Sports" futbol məktəbinin yaradıcısı və sahibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest