"Tottenhem"in müdafiəçisi Tobi Alderveyreld İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin üzvü "Yuventus"un maraq dairəsindədi.

Turin təmsilçisi bununla bağlı qarşı tərəflər danışıqlara başlayıb. "Qoca sinyora" 30 yaşlı mərkəz müdafiəçisinin keçidi müqabilində 30 milyon avro təklif edib. Həmçinin londonlular da təxminən bu məbləğə oyunçusunu satmağın əleyhinə deyil.

Qeyd edək ki, Tobi Alderveyreldin "Tottenhem"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest