Bu gün futzal üzrə Yüksək Liqada XXIII turun oyunları keçiriləcək. Matc.az saytının məlumatına görə, öncədən təqvimdə nəzərdə tutulduğu kimi, 3 yox, 2 görüş olacaq.

Halbuki Bakı İdman Sarayında ilk olaraq "Yasamal MFK Baku" ilə EKOL üz-üzə gəlməli idi. Saat 12:30-da başlaması gözlənilən oyun baş tutmayıb. Buna səbəb "Yasamal MFK Baku"nun matça gəlməməsi olub. Bu səbəbdən AFFA İntizam Komitəsi növbəti iclasında EKOL-a texniki qələbə verəcək.

Qeyd edək ki, bu gün XXIII tur çərçivəsində "Xəzər Cənub" – "Araz" və "Yasamal" İSK – "Neftçi" İK oyunları keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest