"Keşlə" kapitanı Kamran Ağayevi növbəti dəfə itirib. Matc.az saytının məlumatına görə, hadisə Topaz Premyer Liqasının XXII turunda "Neftçi" ilə görüşdə baş verib.

Epizodların birində rəqib futbolçunun kobudluğundan sonra sol qolundan xəsarət alan qapıçı həkimlərin müdaxiləsinə baxmayaraq, mübarizəni davam etdirə bilməyib. Nəticədə 30-cu dəqiqədə yerini Davud Kərimiyə verib.

Qeyd edək ki, hazırda ilk hissəsi gedən "Keşlə" - "Neftçi" oyununda hesab açılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest