Qazaxıstan Premyer Liqasında III tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Emil Balayevin forma geyindiyi "Tobol" da növbəti qarşılaşmasını keçirib.

Kustanay təmsilçisi səfərdə Karaqanda "Şaxtyor"u ilə üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça start heyətində başlayan Balayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 3 oyundan sonra 3 qələbə ilə 9 xalı olan "Tobol" top fərqi ilə birinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest