Portuqaliya Sequndasında XXVII tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" də növbəti matçını keçirib.

Komanda doğma meydanda "Benfika-2" kollektivi ilə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Dadaşov ilk hissədə - 29-cu dəqiqədə hesab 0:3 olarkən Şabinin yerinə oyuna daxil olub.

Qeyd edək ki, 27 oyundan sonra aktivində 45 xal olan "Eştoril" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest